Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
“Beşiktaş”ın futbolçusu Milot Raşitsa karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, La Liqaya geri qayıdan “Real Ovyedo” futbolçu ilə yaxından maraqlanır.
“Qara qartallar” 29 yaşlı vinger üçün 7 milyon avro tələb edir. Raşitsanın “Beşiktaş”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Kosovo millisinin üzvü olan Milot karyerası ərzində”Vuştria”, “Kurda”(hər ikisi Kosovo), “Vitess”(Niderland), “Verder”(Almaniya), “Norviç”(İngiltərə), “Qalatasaray” klublarında oynayıb.
Komanda yoldaşından şok məsləhət: “Beşiktaş”a gəlmə” “Arsenal”ın müdafiəçisi “Fənər”in radarında "Qalatasaray" "İnter"in ulduzuna göz dikdi "Siti"nin futbolçusu İngiltərədə klubunu dəyişə bilər Türkiyəli qolkiper Fransa yolunda