Beşiktaşın futbolçusu milli komandada zədələndi

21.11.2024

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Ernest Muçi sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı vinger Albaniya milli komandasının UEFA Millətlər Liqasının 6-cı turunda Ukrayna ilə keçirdiyi oyunda (1:2) ayaq əzələsində zədələnib. Müalicəsinə başlanılan ön xətt oyunçusu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Beşiktaş" Ernest Muçini ötən ilin fevral ayında "Legiya"dan (Varşava) transfer edib. Futbolçu bu mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью