“Beşiktaş”ın futbolçusu zədələnib AZƏRTAC

30.11.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 30 noyabr, AZƏRTAC

Türkiyənin “Beşiktaş” komandasının futbolçusu Qabriel Paulista sıradan çıxıb.

AZƏRTAC xəbər verir ki, Avropa Liqasının V turunda İsrailin “Makkabi” (Tel-Əviv) klubu ilə oyunda (1:3) zədələnən 35 yaşlı müdafiəçi 2,5 ay yaşıl meydanlardan uzaq qalacaq.

Braziliyalı futbolçu bu mövsüm İstanbul təmsilçisinin heyətində 16 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью