Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
“Beşiktaş”ın hücumçusu Duşan Vlahoviç ölkəsində tənqid olunub.
QOL.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, buna futbolçunun Serbiya millisinin oyunlarında iştirak etmədiyi halda klubunda meydana çıxaraq qol vurması səbəb olub. Bu il zədə səbəbindən millinin heç bir oyununda iştirak etməyən futbolçunun milli fasilədən sonra “Beşiktaş”ın heyətində meydana çıxması Serbiyada müzakirələrə səbəb olub.
Serbiyanın sabiq futbolçusu Rade Boqdanoviç Vlahoviçin vəziyyətinə istehzalı münasibət bildirib:
"Düşünürəm ki, bu oyunlarda onun qasıq nahiyəsində izaholunmaz ağrıları var idi".
Qeyd edək ki, Vlahoviçin iştirak etmədiyi müddətdə Serbiya UEFA Millətlər Liqasında keçirdiyi 4 oyunun hamısında məğlub olub.