Qol.az saytına istinadən Icma.az xəbər verir.
“Beşiktaş”ın matçında dava düşdü
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
UEFA Avropa Liqasının əsas mərhələsində “Beşiktaş”la “Hapoel” (Beer-Şeva) arasında keçirilən görüşdə xoşagəlməz hadisə yaşanıb.
QOL.az xəbər verir ki, Gürcüstanın Batumi şəhərindəki “Batumi Arena”da baş tutan matçın ilk hissəsində tribunada azarkeşlər arasında qarşıdurma yaranıb.
Yerli polisin “Beşiktaş” azarkeşlərinə müdaxiləsindən sonra hakimlər paltardəyişmə otağına yollanıblar.
Beləliklə matç dayandırılıb. Qarşılaşmanın davam etdirilib-etdirilməyəcəyi ilə bağlı qərarın hakimlər briqadasının qiymətləndirməsindən sonra veriləcəyi gözlənilir.