“Beşiktaş”ın prezidenti istefa verdi

27.11.2024

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Türkiyənin “Beşiktaş” klubunun prezidenti Hasan Arat istefa verib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, növbəti seçkilərə qədər bu vəzifə Hüseyn Yücelə həvalə edilib.  
“Şirkətimizin idarə heyətinin 27 noyabr 2024-cü il tarixli iclasında qəbul edilən qərar nəticəsində İdarə Heyətinin sədri Həsən Aratın İdarə Heyətinin sədrliyindın və üzvlüyündən istefasının qəbul edilməsi, o cümlədən Hüseyin Yücelin vakant İdarə Heyətinin sədri vəzifəsinə təyin edilməsi qərara alınmışdır”, - deyə “Beşiktaş” klubu yaydığı açıqlamada bildirib.
Qeyd edək ki, “Beşiktaş”ın baş koordinatoru Səməd Aybaba və idarə heyətinin müşaviri Bredli Hovard Fridel dünən axşam klubla yollarını ayırıb.
Xatırladaq ki, Hasan Arat 2023-cü ilin dekabrından “Beşiktaş” klubunun prezident idi.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью