Beşiktaş”ın sabiq məşqçisinə UEFA da vəzifə verildi

24.01.2025

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Beşiktaş"ın sabiq baş məşqçisi Covanni van Bronkhorstun yeni iş yeri bəlli olub. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2 aydır işsiz olan hollandiyalı mütəxəssis bundan sonra UEFAda oyunların təhlili şöbəsində analitiki kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, "Beşiktaş"ın sükanı arxasında 178 gün işləyən Giovanni van Bronckhorst mövsümə "Qalatasaray"ı 5:0 hesabı ilə məğlub edərək Superkubok qələbəsi ilə başlayıb. Lakin sonradan Daha sonra komanda gözlənilən oyunu sərgiləyə bilməyib. O səbəbdən istefaya göndərilib.

Fərid ASLAN
MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью