Beşiktaşın vitseprezidentinin istefası qəbul edilməyib

27.11.2024

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin "Beşiktaş" klubunun vitse-prezidenti Onur Göçmezin istefası qəbul edilməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, funksionerin təqdim etdiyi istefa ərizəsi İdarə Heyəti və klub prezidenti Hasan Arat tərəfindən qəbul olunmayıb.

Onun "Beşiktaş"dakı vəzifəsinə davam edəcəyi vurğulanıb.

Qeyd edək ki, "ağ-qaralar" ötən gün futbol komandasının baş koordinatoru Samet Aybaba, İdarə Heyətinin müşaviri Bredli Hovard və klubun media və ictimaiyyətlə əlaqələr qrupunun koordinatoru Okay Karacanla yollarını ayırdığını açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью