Icma.az, Apasport saytına istinadən bildirir.
“Beşiktaş”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda “Hapoel Beer-Şeva” ilə keçirdiyi oyunda zədələnən Emirhan Topçunun son durumu bəlli olub.
Apasport.az xəbər verir ki, 26 yaşlı müdafiəçinin xəstəxanada tibbi müayinədən keçdiyi bildirilib.
Künc zərbəsi zamanı başından zərbə alan futbolçu başgicəllənməsi səbəbindən qarşılaşmanı davam etdirə bilməyib. Emirhan ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb.
Müayinələr nəticəsində müdafiəçinin səhhətində hər hansı ciddi problem aşkarlanmayıb.
Qeyd edək ki, Batumidə keçirilən qarşılaşma “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün oyunları bu kanallarda - TV AFİŞA TFF prezidentindən sərt açıqlama: “İsrail klublarını Türkiyədə istəmirik” “İnter”də yeni müqavilə - RƏSMİ “Beşiktaş”ın oyununda kütləvi dava - OYUN BƏRPA OLUNDU - YENİLƏNİB - VİDEO Dursun Özbəkdən iddialı açıqlama: Hədəf beşinci çempionluqdur