Beşiktaşın yeni baş məşqçisi kim olacaq?

30.11.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyənin "Beşiktaş" klubu yeni baş məşqçi axtarışlarına başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, siyahının başında isə Sergen Yalçın var.

İstanbul təmsilçisi yenidən Sergen Yalçının komandaya rəhbərlik etməsini istəyir. Onunla yaxın müddətdə görüşüləcəyi gözlənilir. 

Təcrübəli mütəxəssisin də təklifə müsbət yanaşdığı iddia olunur. Həmçinin, azarkeşlər də Sergen Yalçının komandaya qayıtmasını tələb edirlər.

Xatırladaq ki, Sergen Yalçın "Beşiktaş"ı 79 matça çıxarıb. 

"Qara qartallar" bu matçlarda 45 dəfə qalib gəlib, 10 dəfə bərabərə qalıb, 24 dəfə də məğlub olub.

O, "Beşiktaş"la Super Liqa və Türkiyə Kubokunda çempion olub.

Elmir Mustafa
"Cebheinfo.az"

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью