“Beşiktaş”ın yeni baş məşqçisi müəyyənləşdi

09.01.2025

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin “Beşiktaş” komandasının yeni baş məşqçisi məlum olub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhəngi xorvatiyalı mütəxəssis Niko Kovaçla anlaşıb. 53 yaşlı çalışdırıcı ilə klub prezidenti Serdal Adalı arasında telefon zəngi vasitəsilə razılıq əldə olunub.

Onunla 3.5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Niko Kovaç məşqçilik karyerası ərzində daha əvvəl “Bavariya”, “Volfsburq”, “Ayntraxt” (hər üçü Almaniya),“Monako” (Fransa) və Xorvatiya millisində işləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью