Beşiktaşın yeni prezidenti dekabrın 29da məlum olacaq

03.12.2024

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Super Liqa təmsilçilərindən "Beşiktaş" növbədənkənar seçki konqresinə getməyə qərar verib.

Apasport.az xəbər verir ki, "qara-ağlar" dekabrın 29-da yeni prezidentini seçəcək.

Alınan qərara görə, Serdar Topraktepe qurultaya qədər komandanın başında qalacaq.

Qeyd edək ki, Hasan Aratın istefasından sonra onu Hüseyn Yücel əvəz edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью