Icma.az, Idman.biz saytına istinadən bildirir.
Türkiyənin “Qalatasaray” futbol komandasının hücumçusu Viktor Osimhenin “Beşiktaş”la derbidə iştirakı sual altındadır.
İdman.Biz xəbər verir ki, Türkiyə Superliqasının 13-cü turunda səfərdə “Beşiktaş”ın qonağı olacaq çempionatın lideri hazırlıq prosesini başa vurub.
Zədəsi davam edən Osimhen son məşqdə də komanda ilə birlikdə çalışmayıb. Nigeriyalı hücumçunun sağlamlıq vəziyyəti yaxından izlənilir. Məşqçilər heyətinin futbolçunun derbidə iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərarı qarşılaşmanın startına qədər verəcəyi gözlənilir.
“Qalatasaray”ın digər hücumçusu Deniz Güllə bağlı isə müsbət xəbər var. Türkiyə millisinin üzvü komanda ilə birlikdə son məşqdə iştirak edib. Onun derbidə meydana çıxacağı gözlənilir.