Beşiktaşla Qalatasaray üz üzə gələcək

29.03.2025

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Futbol üzrə Türkiyə Superliqasının 29-cu turunun mərkəzi oyununda bu gün “Beşiktaş”la lider “Qalatasaray” görüşəcək.

Modern.az xəbər verir ki, İstanbul derbisinin baş hakimi Yasin Kol olacaq.

Superliqada “Beşiktaş” 44 xalla 4-cü pillədədir. Keçirdiyi 27 matçdan 22-də qalib gələn, 5-də isə heç-heçə edən “Qalatasaray” isə 71 xalla vahid liderdir.

Mövsümün ilk dövrəsində “Qalatasaray” “Beşiktaş”ı 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, derbi Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью