BeşiktaşMakkabi oyunu Bakıda keçirilə bilər

05.11.2024

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində baş tutacaq "Beşiktaş"-"Makkabi" oyununun neytral meydanda keçirilməsi qərara alınmışdı.

Türkiyə tərəfi İsrail təmsilçisi ilə ortaq ölkə kimi Azərbaycanı gördükləri üçün qarşılaşmanın Bakıda oynanılmasını istəyirlər.

Qeyd edək ki, görüş iki ölkə arasındakı siyasi səbəblərdən dolayı noyabrın 28-də neytral meydanda baş tutacaq. \\Oxu.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью