BeşiktaşMakkabi oyunu Bakıda olmayacaq

11.11.2024

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Avropa Liqasının əsas mərhələsində Türkiyənin “Beşiktaş” və İsrailin “Makkabi” (Təl-Əviv) klubları arasında keçiriləcək V tur oyununun yeri açıqlanıb.

Globalinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Macarıstanın Debretsen şəhərində təşkil olunacaq. Matç noyabrın 28-də keçiriləcək.

Avropa futbol qurumu daha əvvəl təhlükəsizlik səbəbindən görüşün İstanbulda deyil, başqa ölkədə keçirilməsinə qərar vermişdi.

Qeyd edək ki, “Makkabi” oyunun Bakıda keçirilməsini tələb etdiyi haqda məlumat yayılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью