BeşiktaşMalmö matçının hakimi o olacaq

04.11.2024

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

UEFA Avropa Liqasında "Beşiktaş"ın İsveçin "Malmö" komandasını qəbul edəcəyi 4-cü həftə matçında Almaniya Futbol Federasiyasından baş hakim Sven Yablonski fit çalacaq.

News24.az xəbər verir ki, UEFA-nın açıqlamasına görə, qarşılaşmada Yablonskinin köməkçiləri Lasse Koslovski və Eduard Beytinqer olacaq.

Tobias Reyxelin dördüncü hakim olacağı matçda Robert Şröder VAR, Yohann Pfayfer isə AVAR olacaq.

Xatırladaq ki, “Beşiktaş” sonuncu dəfə öz meydanında “Kasımpaşa”ya 3:1 hesabı ilə məğlub olub.

Beşiktaş-Malmö matçı 6 noyabr Tüpraş Stadionunda saat 19.30-da başlayacaq.

Günel Məlikzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью