Icma.az bildirir, Lent az portalına istinadən.
Rusiyanın Leninqrad vilayətində azyaşlı qız beşinci mərtəbədən yıxılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Vıborq rayonunda, Svetloqorsk ərazisində baş verib. İlkin məlumata görə, miqrant ailədən olan 5 yaşlı qız evdə tək qalıb. Uşaq pəncərəyə dırmaşıb və yıxılıb.
Hadisə yerinə həkimlər gəlib. Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, həkimlər onun həyatını xilas etməyə çalışırlar. Hüquq-mühafizə orqanları baş verənlə bağlı araşdırma aparır.