Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Bugünkü Fransa tarixinin ən çətin dönəmlərindən birini yaşayır, desək, əsl həqiqəti ifadə etmiş olarıq.
Ölkədə, demək olar ki, bütün istiqamətlərdə böhran meylləri müşahidə edilir.
Ötən il Avropa Parlamentinə və Milli Assambleyaya keçirilən seçkilərdə xalqın hakimiyyətə inamının sarsıldığı öz təsdiqini tapdı.
Bunun ardınca başlayan hökumət böhranı hələ də sonuclanmayıb.
Belə ki, bir neçə cəhddən sonra konstitusiyanın pozulması ilə formalaşan yeni hökumət qarşıya qoyulan məqsədlərə çatmaqda hər hansı bir uğur qazanmayıb.
Paralel şəkildə Fransanın yüz illiklər boyunca öz nəzarətində saxladığı və ağır şərtlərlə sümürmə siyasəti həyata keçirdiyi müstəmləkə ərazilərində Yelisey Sarayına qarşı etirazlar dalğası geridönməz hal alıb.
Antirekorda imza atan ilk prezident Ölkədə yaşanan ziddiyyətlər fonunda hazırkı hakim komandanın növbəti prezident seçkilərində uğur qazanmaq ehtimalı hər ötən gün daha da azalır.