Beşini vurdular, dördü sayıldı Video Yenilənib

21.06.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Dünya çempionatının qrup mərhələsinin oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, favoritlərdən İspaniya bu gün ikinci oyununa çıxacaq.

Onlar Səudiyyə Ərəbistanı ilə üz-üzə gələcək. Matç saat 20:00-da başlayacaq.

Dünya çempionatı

İkinci tur

20:00. İspaniya - Səudiyyə Ərəbistanı

***

Komandaların start heyətləri bəlli olub:

İspaniya: Unai Simon, Mark Kukurelya, Aymerik Laport, Pau Kubarsi, Markos Lyorente, Rodri, Pedri, Fabian Ruiz, Aleks Baena, Mikel Oyarzabal, Lamin Yamal.

Səudiyyə Ərəbistanı: Məhəmməd Əl-Oveys, Həsən Əl-Tambakti, Əli Əl-Amri, Səud Əbdülhəmid, Mətin Əl-Hərbi, Məhəmməd Kanno, Musab Əl-Xaybari, Musab Əl-Cüvayr, Salem Əl-Davsari, Firas Əl-Şamat, Firas Əl-Bureykan

***

Matç başladı.

***

Lamin Yamal 11-ci dəqiqədə İspaniyanı önə çıxarır.

***

21-ci dəqiqədə Mikel Oyarzabal fərqlənir.

***

Mikel Oyarzabal 24-cü dəqiqədə dublunu rəsmiləşdirir.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

Mark Kukurelyanın zərbəsindən sonra top Hassan Altambaktiyə dəyərək, qapıya daxil olur. 4:0.

***

90+2-ci dəqiqdə Ferran Torres fərqlənməyə çalışsa da, ofsayd səbəbindən qol qeydə alınmır.

***

Matç İspaniyanın 4:0 hesablı qələbəsi ilə başa çatır. Bununla da ispanlar 4 xalla qrup lideridirlər. “Qırmızılar” iyunun 27-də Uruqvayla qarşılaşacaqlar. Həmin gün Səudiyyə Ərəbistanı isə Kabo-Verde ilə münasibətlərinə aydınlıq gətirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью