Bəşir Hacıyev nazirlə Kəlbəcərdəki təsərrüfatlara baş çəkib

21.07.2026

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kəlbəcərdə təsərrüfatlara və tikinti işlərinə baxış keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev və kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcər rayonunda aqrar sahədə həyata keçirilən fəaliyyətlə və tikinti işlərinin gedişi ilə tanış olublar.
Səfər çərçivəsində arıçılıq və heyvandarlıq təsərrüfatlarına baxış keçirilib, həmçinin Zar kəndində tikintisi davam edən fərdi yaşayış evlərində görülən işlər nəzərdən keçirilib.
Görüş zamanı aqrar sahənin inkişafına dair yeni Dövlət Proqramının ölkəmizdə, o cümlədən Kəlbəcərdə kənd təsərrüfatının bərpası və inkişafına verəcəyi töhfələr barədə fikir mübadiləsi aparılıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью