Bəşir Süleymanlı həbs edildi

14.03.2025

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bugün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə çağırılan vətəndaş cəmiyyəti fəalı Bəşir Süleymanlı həbs edilib.

Gununsesi.info xəbər verir ki, Süleymanlı barəsində Binəqədi rayon məhkəməsində 3 ay 28 gün həbs qətimkan tədbiri seçilib. İlkin məlumata görə, o, Cinayət Məcəlləsinin 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 308.2 (Satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərini xərcləmə və ya dövlət satınalmalarını qanunsuz keçirmə) və 313 (Vəzifə saxtakarlığı) maddələr ilə təqsirləndirilir.

Qeyd edək ki, Bəşir Süleymanlı QHT-lərə qarşı qaldırılmış cinayət işi üzrə istintaqa çağırılıb.

Günel

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью