Bəşir Süleymanlının həbs müddəti uzadıldı KONKRET

09.07.2025

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının həbs müddəti uzadılıb.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, bu barədə qərar Binəqədi Rayon Məhkəməsində verilib.

Qərara əsasən, onun həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Bəşir Süleymanlı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb edilib.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddələri ilə təqsirləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью