Beşmərtəbəli binada qaz partladı, 7 nəfər yaralanıb

10.11.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Moskvanın Karelski bulvarında mənzilin daxili arakəsmələrinin uçması ilə nəticələnən yanğın baş verib. Avtosfer.az-ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin paytaxt üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.

"Karelski bulvarı, bina 23-də 5 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindəki mənzildə baş vermiş yanğın nəticəsində dördü uşaq olmaqla 7 nəfərin xəsarət aldığı müəyyən edilib. Hazırda 20 kvadratmetr sahədə yanğın söndürülüb", - deyə qeyd olunub.

Hadisə nəticəsində mənzildə otaqlar arasındakı arakəsmələr uçub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью