Beşmərtəbəli binanın eyvanı uçdu, sakinlər təxliyə edildi

09.08.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

İstanbulda 5 mərtəbəli binanın eyvanında çökmə baş verib. 

Modern.az NTV-yə istinadən xəbər verir ki, İstanbulun Güngören rayonunun Akıncılar məhəlləsində 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən eyvan hələlik məlum olmayan səbəbdən çöküb.

Hadisə yerinə yanğınsöndürənlər, polis və bələdiyyə əməkdaşları göndərilib. Təhlükəsizlik tədbirləri çərçivəsində binanın ətrafı əməkdaşlar tərəfindən baryerlərlə bağlanıb.

Aparılan yoxlamalardan sonra ehtiyat tədbiri olaraq boşaldılan bina möhürlənib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью