Bəsrə körfəzində ticarət gəmilərində internet kəsintisi qeydə alınıb

09.06.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Bəsrə körfəzində bir sıra ticarət gəmilərində internet və rabitə problemləri yaşanıb.

BAKU.WS xəbər verir ki, Hürmüz boğazı yaxınlığında yerləşən bir neçə gəmi təxminən yarım gün ərzində internetə çıxışını itirib. Eyni zamanda VSAT peyk sistemləri və Starlink xidmətlərində də nasazlıqlar qeydə alınıb.

Gəmi heyətlərinin bildirdiyinə əsasən, rabitə kəsintisi səbəbindən Hürmüz boğazından keçidlə bağlı koordinasiya və e-poçt əsaslı hesabat sistemlərindən istifadə çətinləşib.

Bəzi ehtimallara görə, internet kəsintisi ABŞ-nin İranla bağlı dəniz məhdudiyyətlərini sərtləşdirməsi fonunda baş verə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью