Bessent: ABŞ ın reytinqini endirən Moody’s agentliyinə etibar etmirəm

18.05.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın maliyyə naziri Skott Bessent bu həftə ABŞ-ın kredit reytinqini endirən Moody’s reytinq agentliyinə etibar etmədiyini bildirib.

APA xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib.

“Əhəmiyyətli olan budur ki, Prezident Donald Tramp Yaxın Şərqə tarixi səfərdən yenicə qayıdıb və ABŞ-a trilyonlarla dollar sərmayə gəlir. İnvestorlardan inam görürük, buna görə də Moody’s-ə etibarım azdır,” – deyə Bessent söyləyib.

Xatırladaq ki, Moody’s reytinq agentliyi ABŞ-ın dövlət borcunun artmasını əsas gətirərək ölkənin kredit reytinqini AAA səviyyəsindən AA1 səviyyəsinə endirib və bu dəyişiklik üçün stabil proqnoz verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью