Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ və Çin arasında ticarət danışıqları hazırda dalana dirənib.
APA xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent "Fox News" telekanalına açıqlamasında bildirib.
“Hazırda danışıqlar bir qədər dalana dirənmiş vəziyyətdədir”, – deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, vəziyyəti yumşaltmaq üçün ABŞ Prezidenti Donald Tramp ilə Çin sədri Si Cinpin arasında telefon danışığına ehtiyac yarana bilər.