Bessent: “Çinlə ticarət və süni intellekt mövzusunda uğurlu görüş keçirilib”

21.09.2026

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Müzakirələr səmimi, dərin və konstruktiv olub”

ABŞ maliyyə naziri Skott Bessent və Çin Baş nazirinin müavini He Lifeng iki ölkə liderləri arasında keçiriləcək zirvə görüşündən əvvəl ticarət və süni intellekt məsələləri üzrə uğurlu məsləhətləşmələr aparıblar. AYNA.AZ xəbər verir ki, bu barədə Amerika və Çin mediası məlumat yayıb.

Bessent Nyu-Yorkda səkkiz saatlıq danışıqlardan sonra jurnalistlərə bildirib ki, "Çin tərəfi ilə ticarət və süni intellekt mövzusunda çox uğurlu görüş keçirdik".

Bildirib ki, müzakirələr "səmimi, dərin və konstruktiv" olub.

Məlumata görə, əvvəlki məsləhətləşmələr zamanı əldə edilən konsensusun həyata keçirilməsi, eləcə də ticarət və investisiyaların təşviqi ilə bağlı fikir mübadiləsi aparılıb və süni intellekt məsələləri də müzakirə olunub.

Bu arada, "South China Morning Post" qəzeti yazıb ki, görüşdə ticarət və süni intellekt inkişafı sahələrində konkret təşəbbüslər müzakirə olunub.

Bessent tərəflərin məqsədlər və təhdidlər barədə ortaq bir anlayışa nail olmağa yönəlmiş süni intellekt mövzusunda dialoq qurmaq barədə razılığa gəldiyini qeyd edib.

İşçi qrupların bazar ertəsi günü məsləhətləşmələri davam etdirməsi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью