Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bessent sosial media hesabında İranla bağlı açıqlama verərək ABŞ prezidenti Donald Trampın İranın hərbi imkanlarının, demək olar ki, bütün hərbi zavodlarının və nüvə proqramının “məhv edildiyini” iddia edib.
Turkustan.az xəbər verir ki, “İndi son oyuna giririk. Sübh çağı düşmənə qarşı indiyə qədər həyata keçirilən ən böyük maliyyə hücumu olacaq iqtisadi hücum başlayır”, – Bessent qeyd edib.
O, İranın təhlükəsizlik təminatı əldə etmək üçün “şantajdan istifadə etdiyini” və ABŞ-ın sanksiyalarını müzakirə edilə bilən məsələ hesab etdiyini iddia edib.
Bessentin sözlərinə görə, bu yanaşma Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə başa çatıb. Nazir Vaşinqtonla qarşıdurmanın yaratdığı təhlükəni nəzərə almayanların ABŞ-ın səbrini sınamağın nəticələrini görəcəyini bildirib.
Bessent əlavə edib ki, Tramp daha əvvəl heç kimin təsəvvür etmədiyi səlahiyyət və tədbirlərdən istifadə etməyə hazırdır.
“Bizim məqsədimiz Tehran təcrid olunana qədər bu qəddar rejimi dəstəkləyən bütün iqtisadi həyat xətlərini kəsməkdir”, – ABŞ maliyyə naziri vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az