Bessent: “Vaşinqton G7 yə ümid edir” | Icma.az
Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir. AzVision.az xəbər verir ki, ABŞ-nin Maliyyə naziri Skott Bessent belə deyib.
“Almaniyanın vitse-kansleri və Maliyyə naziri Lars Klinqbeyllə danışıqlar zamanı Bessent ABŞ prezidenti Donald Trampın administrasiyasının Avropanın bu prosesdə fəal iştirakını gözlədiyini vurğulayıb.
O, həmçinin BMT-nin reaksiyasından sonra İrana qarşı mümkün əlavə sanksiyalar məsələsində Vaşinqtonun Almaniya və avropalı tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu bildirib”, - ABŞ Maliyyə nazirliyinin yaydığı məlumatda qeyd edilir.
Xatırladaq ki, oktyabrın əvvəlində G7-nin maliyyə nazirləri Rusiyaya təzyiq göstərmək üçün səylərini birləşdirməyə razılaşıblar.
Birgə bəyanatda qeyd olunub ki, G7 ölkələri “ Ukraynanın maliyyə ehtiyaclarını ödəmək üçün geniş seçim variantları” hazırlayır.
- Digər məsələlərlə yanaşı, bu tədbirlərə yurisdiksiyalarımızda bloklanmış bütün Rusiya aktivlərinin koordinasiyalı istifadəsi daxildir”, - sənəddə deyilir.
Sahil İsgəndərov AzVision.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu