“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsi elan edildi | Icma.az
Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın aparıcı korporativ maliyyə institutu PAŞA Bank və Deloitte Azərbaycanın əməkdaşlığı ilə həyata keçirilən “Best Managed Companies Azerbaijan 2026” biznes müsabiqəsi rəsmi olaraq elan olunub.
Layihənin növbəti mərhələsinin reallaşdırılması məqsədilə tərəflər bu il də əməkdaşlıq müqaviləsini imzalayıblar.
Təqdimat mərasimi çərçivəsində keçirilən rəsmi tədbirdə layihənin əhəmiyyəti, tərəfdaşların ortaq səyləri və proqramın bu il ölkəmizdə 5 illik yubileyini qeyd etməsi xüsusi vurğulanıb.
Bu nüfuzlu biznes müsabiqəsinin əsas məqsədi Azərbaycanın aparıcı özəl şirkətlərini tanıtmaq və mükəmməl idarəetmə təcrübələrinin tətbiqini təşviq etməkdir.
“Best Managed Companies” proqramı Deloitte Private tərəfindən hazırlanmış və özəl sektora yönəlmiş qabaqcıl beynəlxalq layihələrdən biridir.
Proqram Azərbaycanda Deloitte Azərbaycan və PAŞA Bank tərəfindən sponsorlaşdırılır, Azərbaycan Biznes İnkişaf Fondu, ADA Universiteti, AMCHAM Azerbaijan və İctimai Televiziya və Radio Yayımları Şirkəti isə tərəfdaş qismində iştirak edirlər.
Cavid Quliyev, PAŞA Bankın İdarə Heyətinin sədri:“Best Managed Companies” proqramı artıq ölkəmizdə 5-ci ildir ki, uğurla həyata keçirilir.
Tam oxu
Xəbəri oxu