Bəstəkar Cahangir Cahangirovun xatirəsinə həsr olunmuş konsert təşkil edilib AZƏRTAC | Icm…
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 4 noyabr, AZƏRTAC Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında unudulmaz bəstəkar, Xalq artisti Cahangir Cahangirovun anadan olmasının 103 illiyi münasibətilə konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, konsertdə Mirxalid Salayevin rəhbərlik etdiyi teatrın instrumental ansamblının müşayiəti ilə bəstəkarın mahnılarını sənət ocağının solistləri ifa ediblər.
Əvvəlcə bəstəkarın həyat və yaradıcılığından söz açılıb, müəllifi olduğu musiqi əsərlərinin orijinallığı vurğulanıb.
Bildirilib ki, bu il dahi şair Füzulinin 530 illiyi qeyd edilir və bəstəkarın "Füzuli" kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib.Proqramda Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovalar, Heydər Anatollu, solistlər Aynur İsgəndərli, Rövşən Qəhrəmanov, Fəxri Kazım Nicat və Ayşən Mehdiyeva bəstəkarın dillər əzbəri olan mahnılarını ifa ediblər.
Həmçinin ansamblın ifasında bəstəkarın instrumental əsərləri də səsləndirilib.Sonda bəstəkarın qızı Səidə Məhərrəmova çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə teatrın kollektivinə təşəkkürünü bildirib.
Qeyd edək ki, görkəmli bəstəkar Cahangir Cahangirov 1921-ci ildə Balaxanı kəndində anadan olub.
A.Zeynallı adına Bakı Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.
Tam oxu
Xəbəri oxu