Bəstəkarlara 90 illik yubiley medalı təqdim olunub

30.12.2024

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert salonunda İttifaqın 90 illik yubileyinə həsr olunmuş yekun tədbiri keçirilib.

Kulis.az xəbər verir ki, tədbir il ərzində İttifaqda baş verən musiqili hadisələrin yekunu olmaqla yanaşı, həm də yeni not nəşrlərinin təqdimatı və təşkilatı məsələlərə həsr edilmişdi.

Layihənin iştirakçısı olan hər bəstəkara kitabın bir nüsxəsi təqdim olunub.

Yubiley ilə əlaqədar olaraq, “Azərbaycan Bəstəkarlar İttifaqı-90” yubiley medalı təsis olunub və bu medal İttifaqın qocaman üzvləri üçün nəzərdə tutulub.
Xalq artisti Tofiq Bakıxanov, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, akademik Zemfira Səfərova, AMEA-nın müxbir üzvü Rəna Məmmədova, Əməkdar incəsənət xadimləri İmruz Əfəndiyeva və Həcər Babayeva yubiley medalı ilə təltif olunublar.

“Qarınqulu ayı balası” Bryansk vilayətində İslam ölkələrində oyun sənayesinin imkanları - Müzakirə Məşhur müğənninin keçmiş əri ölü tapıldı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью