Bəstəkarlarımızın əsərləri Qahirə Operasında

28.04.2025

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qahirə Operasında Qahirə Simfonik Orkestrinin ifasında “XX əsrin şedevrləri 1” adlı konsert proqramı təqdim edilib.

Kulis.az xəbər verir ki, proqramın birinci hissəsində görkəmli Azərbaycan bəstəkarı Tofiq Bakıxanovun violonçel və orkestr üçün konsertindən 3 hissə (Allegro non troppo, Largamento, Finale: Allegro con fuoco) səsləndirilib.

Daha sonra görkəmli rus bəstəkarı İqor Stravinskinin əsərlərindən (Pulsinella, Alov quşu (1919-cu il versiyası) ibarət konsert təqdim olunub.

Qeyd edək ki, konsertin solisti Viktoriya Kapralova (violonçel), dirijoru isə Əhməd əl-Saidid olub.

Virtual qara dəlik, insel və sevgisizlik - Uşaqlar qatilə necə çevrilir? Aktrisadan Mikki Rurka qarşı ittiham Ədəbiyyat, fəlsəfə və stəkan
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью