Beştəpədəki tarixi görüş ikinci mərhələsinə qədəm qoydu

07.07.2026

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında keçirilən ikitərəfli görüş başa çatıb.

Turkustan.az xəbər verir ki, liderlərin təkbətək görüşündən sonra nümayəndə heyətləri səviyyəsində danışıqlar davam edir.

Görüşdən əvvəl Ərdoğan və Tramp mətbuata açıqlamalar verərək müdafiə sahəsində əməkdaşlıq, xüsusilə F-35 qırıcılarının satışı, KAAN layihəsi üçün mühərrik məsələsi və CAATSA sanksiyaları ilə bağlı mühüm mesajlar veriblər.

ABŞ Prezidenti Tramp F-35 məsələsində müsbət yanaşma nümayiş etdirərək, CAATSA sanksiyalarının aradan qaldırılması ilə bağlı addımlar atılacağını bildirib.

"CAATSA sanksiyalarını ləğv edəcəyik", – deyə Tramp qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью