Bestsellerlər müəllifi məktəblilərlə görüşəcək

12.12.2024

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Məktəbdə...” layihəsinin növbəti görüşü dekabrın 13-də paytaxtdakı 193 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, layihənin budəfəki qonağı bestseller əsərlərin müəllifi, yazıçı-publisist Rövşən Abdullaoğlu olacaq.

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbət aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью