“Beta” nəsli gəlir: bu illərdə doğulanlar...

02.01.2025

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya "Z nəsli"nin xüsusiyyətlərinə tam öyrəşə bilmədən artıq yeni bir nəsillə tanış olmağa hazırlaşmalıdır.

Publika.az xəbər verir ki, sosioloqlar yeni - "Beta nəsli"nin gəldiyini bildirirlər.

Belə ki, bu ilin yanvarın 1-dən etibarən 2039-cu ilədək doğulan uşaqlar "Beta" nəslinin nümayəndəsi hesab olunacaq. Onlar texnoloji inkişaf, iqtisadi qeyri-müəyyənlik və sosial dəyişikliklər dövründə formalaşacaq. “Z nəsli”nin övladları olacaqları üçün bu uşaqların hansı xüsusiyyətlərə malik olacaqları maraq doğurur.

Bəzi mütəxəssislər "Beta nəsli"nin texnologiyaya tez adaptasiya olacaqlarını, əsasən online işlərdə çalışacaqlarını və azadlıq üçün risk almağa meyilli olacaqlarını bildirirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью