Beterbiyev Bivol: Revanş döyüşünün tarixi açıqlanıb İdman və Biz

03.12.2024

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Yarımağır çəkidə mübarizə aparan peşəkar boksçular Artur Beterbiyevlə Dmitri Bivol arasında revanş döyüşünün vaxtı bəlli olub.

İdman.biz xəbər verir ki, bunu promouter Eddi Hirn açıqlayıb.

O, bu qarşılaşmanın da keçiriləcəyi turnirin posterini paylaşıb. Beterbiyevlə Bivol arasında qarşılaşma 2025-ci il fevralın 22-də baş tutacaq. Döyüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunacaq.

Qeyd edək ki, bu boksçular arasında oktyabrın 13-də keçirilən görüşdə qalib gələn Beterbiyev İBF, WBC, WBO kəmərlərini qoruyub, WBA Super və İBO-nun titullarını əldə edərək mütləq çempion adına sahib çıxıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью