Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Dahi bəstəkar Lüdviq van Bethovenin təxminən 200 il əvvəl qorunub saxlanılan saç nümunələrinin araşdırılması onun sağlamlığı ilə bağlı yeni faktları ortaya çıxarıb.
Moderator.az xəbər verir ki, araşdırma zamanı Bethovenə məxsus olduğu təsdiqlənən saç nümunələrində Hepatit B virusunun izləri və yüksək miqdarda qurğuşun aşkarlanıb.
2024-cü ildə aparılan tədqiqatda saç nümunəsindəki qurğuşun səviyyəsinin normal göstəricidən 95 dəfə yüksək olduğu müəyyənləşdirilib. Nümunələrdə arsen və civə də aşkarlanıb.
Alimlərin fikrincə, qurğuşunun təsiri bəstəkarın eşitmə itkisinə, qarın ağrılarına və həzm problemlərinə səbəb olmuş ola bilər. Hepatit B infeksiyası isə qaraciyərin zədələnməsində rol oynaya bilərdi.
Bununla belə, tədqiqatçılar bu tapıntıların Bethovenin ölüm səbəbini tam izah etmədiyini bildirirlər. Bəstəkar 1827-ci ildə vəfat edib və ölümünün dəqiq səbəbi hələ də məlum deyil.