Betis Antonini komandada saxlamaq istəyir

23.05.2025

Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İspaniyanın "Betis" klubu braziliyalı vinger Antoni ilə bağlı "Mançester Yunayted"lə danışıqlar aparır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira məlumat yayıb.

Bildirilir ki, "Betis" Antonini komandanın əsas oyunçusu hesab edir, ona görə də klubun yay üçün prioriteti braziliyalını saxlamaqdır.

"Betis" Antonini bu ilin yanvarında icarəyə götürüb. Bu müddət ərzində o, bütün turnirlərdə 24 matçda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Antoninin "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью