Betis Çelsi matçının hakimləri bilindi

12.05.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UEFA Konfrans Liqasının finalında keçiriləcək "Betis" (İspaniya) - "Çelsi" (İngiltərə) matçının hakimləri bəlli olub.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu İrfan Peltonun (Bosniya və Herseqovina) rəhbərlik edəcəyi hakimlər briqadası idarə edəcək.

Ona yan xətdə Senad İbrisimbeqoviç and Davor Beljo kömək edəcək. 4-cü hakim funksiyasını isə türkiyəli Halil Umut Meler yerinə yetirəcək.

Qeyd edək ki, mayın 28-də Polşanın Vrotslav şəhərindəki "Wroclaw Stadium"da keçiriləcək həlledici qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью