“Betis” və “Çelsi” azarkeşləri arasında münaqişə baş verib

28.05.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mayın 27-də axşam saatlarında Konfrans Liqasının finalı ərəfəsində Vrotslav şəhərinin meydanlarının birində "Betis" və "Çelsi" azarkeşləri arasında münaqişə baş verib. Sport24.az xəbər verir ki, bu barədə "Estadio Deportivo" məlumat yayıb.

Nəşr fanatların bir-birinə restorandan stəkan, butulka və stul atdığı, daha sonra dalaşmağa başladığını göstərən video yayımlayıb. Hadisə yerinə gələn bir neçə polis fanatları saxlamaq üçün bibər qazından istifadə edib.

Vroslavın digər yerlərində də qarşıdurmaların olduğu vurğulanıb.

Qeyd edək ki, "Betis" və "Çelsi" bu gün Konfrans Liqasının finalında qarşılaşacaq. Qarşılaşma "Tarçinski Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью