“Betis”dən Antoni ilə bağlı qərar

30.08.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniyanın “Betis” klubu ötən mövsüm icarə əsasında komandada çıxış edən Antoninin transferindən imtina edib.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. La Liqa təmsilçisi oyunçunun müqavilə ilə məxsus olduğu “Mançester Yunayted”in yüksək tələbləri səbəbindən keçiddən imtina edib.

25 yaşlı cinah oyunçusu ötən mövsümdə 26 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью