“Betis”i A Seriyası klubuna dəyişdi

08.01.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İtaliyanın "Komo" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisi "Betis"dən Assane Diaonu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı vinger ilə 4 illik müqavilə imzalanıb.

Assane bu mövsüm 19 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib. "Komo" transfer üçün 12 milyon avro ödəyəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью