Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 29-da səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-OJ-029 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı maşın idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Hadisə zamanı sürücü bədən xəsarətləri alıb. Zərbənin təsirindən avtomobilin ön hissəsi tamamilə sıradan çıxıb.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin