Beton divarlar Türkiyənin quru sərhədlərinin 44 faizinə qədərini əhatə edir

30.10.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Ankara, 30 oktyabr, AZƏRTAC

Türkiyənin sərhəd bölgələrinin təhlükəsizliyini təmin etmək məqsədilə tikilmiş beton divarlar ölkənin quru sərhədlərinin 44 faizinə qədərini əhatə edir.

AZƏRTAC Türkiyənin Prezident Administrasiyasının 2026-cı ilə Fəaliyyət Planının məlumatlarına istinadla xəbər verir ki, 14 oktyabr 2025-ci il tarixinə olan məlumata görə, ölkənin sərhəd çəpərlərinin ümumi uzunluğu 1304 kilometrdir.

Türkiyənin quru sərhədlərinin təxminən 58 faizi boyunca (2949 kilometrdən 1700 kilometrdə) patrul xidməti üçün xüsusi yollar çəkilib.

Eyni zamanda, quru sərhədləri boyunca 341 müşahidə qülləsi quraşdırılıb ki, bu da hər il minlərlə qanunsuz sərhəd-keçid cəhdinin qarşısını almağa kömək edir.

Ümumi uzunluğu 1471 kilometr təşkil edən Türkiyənin İraq və Suriya ilə sərhədləri təhlükəsizlik baxımından ən təhlükəli hesab olunur. Hazırda beton divarlar Türkiyə sərhədlərinin bu hissəsinin 87 faizini (1274 kilometr) əhatə edir.

Türkiyə-İran sərhədində 363 kilometrlik beton hasar çəkilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью