Beton qədər möhkəm buz hazırladılar

15.10.2026

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Alimlər adi buzdan 10 dəfə möhkəm və qırılmadan əvvəl 70 dəfə daha çox enerji udan “BioPykrete” adlı material hazırlayıblar.

“Bakupost” xəbər verir ki, yeni material buz, bitki mənşəli sellüloz nanokristalları və xüsusi zülalın birləşməsindən yaradılıb.

“BioPykrete”nin Antarktida və digər soyuq bölgələrdə tikinti materialı kimi istifadəsi nəzərdən keçirilir. Lakin material hələ sınaq mərhələsindədir.

Vüsalə Hüseynova,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью