Bəturə Hüseynova: “Bunun günahkarı mən deyiləm”

13.07.2026

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəturə Hüseynova  illər əvvəl sənətdə yaşadığı küsgünlüyündən danışıb.

Adalet.az bildirir ki,  o, illər əvvəl bir neçə ali məktəbə baş vursa da, heç bir  müsbət nəticə ilə qarşılaşmadığını söyləyib:

“Zamanında çox gözəl işlərə imza atmışam. Mən muğam ifaçısıyam. Muğam oxumaq üçün səsim buna imkan verir. Ancaq uzun illərdir muğam oxumadım. Uzaqlaşdım. Bu sənətdə küsgünlüyüm çox oldu. İllər əvvəl bir neçə ali məktəbə müəllim kimi üz tutdum. Ancaq müsbət cavab almadım. Bu məni çox ruhdan  saldı. Axı istedadlara yol açmaq lazımdır. Əlbəttə, uzun illər  muğamla məşğul olmamağım , bu sahədən uzaqlaşmağım məni bir çox  nailiyyətlərdən məhrum etdi. Ancaq bunun günahkarı mən deyiləm. Mən çox cəhdlər etdim, ancaq geri çevrildim”.

Əntiqə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью