Bəxt Trampın üzünə gülür: 3 cü dəfə də prezident ola bilər | Icma.az
Icma.az bildirir, Publika.az saytına əsaslanaraq. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri ABŞ prezidenti Donald Trampın üçüncü müdd
Publika.az xəbər verir ki, sənədin müəllifi Respublikaçıların Tennessi ştatından olan nümayəndəsi Endi Oqlesdir.
Konqresmen ölkə prezidentinin mümkün səlahiyyət müddətlərinin sayını üçə çatdırmaqla ABŞ Konstitusiyasına dəyişiklik etməyi təklif edir.
“Heç kəs üç dəfədən artıq prezident vəzifəsinə seçilə və ya ardıcıl iki müddətə seçildikdən sonra əlavə müddətə yenidən seçilə bilməz”, – qərar layihələrinin mətnində deyilir.
Qeyd edək ki, sənəd qəbul edilsə, Donald Tramp 2028-ci ildə üçüncü müddətə seçilə bilər, çünki o, 2020-ci ildə Co Bayden qalib gəldiyi zaman təkrar seçkilərdə qalib gələ bilməmişdi.
Adəm Abbaslı Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu